Dünya
“Ramştayn” formatlı görüşdə “Dron divarı”nın yaradılması müzakirə olundu

Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasında bu ölkədə “Dron divarı”nın yaradılması və daha çox pilotsuz uçuş aparatları istehsalı müzakirə olunub.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal Brüsseldə Təmas Qrupunun iclasının yekunlarına dair NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransı zamanı bildirib.
Şmıqal “Ramştayn” formatında Ukraynanın müdafiəsi məsələlərinə dair Təmas Qrupunun 31-ci iclasında tərəfdaşlar qarşısında çıxışında səslənən prioritetləri də açıqlayıb.
O bəyan edib ki, bu, PURL, yəni Amerika istehsalı təchizatın məqsədyönlü maliyyələşdirmə vasitəsilə Ukraynanı kritik ehtiyac duyulan silahlarla təmin etməyə imkan verən ABŞ-NATO təşəbbüsüdür.
“Yeni dövlətlərin qoşulmasını alqışlayırıq. Bu il üçün PURL hərəkət planı tam şəkildə həyata keçirilməlidir. Gələn il PURL ehtiyacları 12 milyard dollardan 20 milyard dollara çatacaq”, - deyə Şmıqal əlavə edib.
-
Rəsmi xronika11:35
Prezident Ramiz Quliyevlə vida mərasiminə əklil göndərdi - FOTO
-
Hadisə10:50
Rəşad Bəxtiyarov vəfat etdi
-
Nida Xəbər 10:42
Ramiz Mehdiyevin vəkili kimdir? - FOTO
-
İdman10:00
"Qalatasaray" Ermənistan millisinin üzvünü hədəfə aldı - FOTO
-
MDB09:12
Rusiya-Ukrayna müharibəsi: Bu istiqamətdə şiddətli döyüş gedir
-
Magazin209:00
Biberin bir yaşlı oğlu milyarder oldu
-
Nəqliyyat08:24
Paytaxtın bu yollarında tıxac var - Siyahı
-
Sağlamlıq07:35
Bənövşəyi meyvə və tərəvəzlərin daha 2 faydası üzə çıxdı