Avropa
Lökornü hökumətinə qarşı etimadsızlıq səsverməsi rədd edildi
Fransa Milli Assambleyasında Baş nazir Sebastyan Lökornü və onun hökumətini vəzifədən kənarlaşdırmaq üçün keçirilən etimadsızlıq səsverməsi yetərli səs toplamayıb. “Əyilməz Fransa” (La France Insoumise-LFI) Partiyası tərəfindən təqdim olunan birinci etimadsızlıq təklifi yalnız 271 deputat tərəfindən dəstəklənib. Təklifin qəbul edilməsi üçün 289 səs tələb olunurdu.
Publika.az xəbər verir ki, dörd gün əvvəl formalaşan "Lökornü 2" hökuməti iki fərqli etimadsızlıq təklifi ilə üzləşib. Biri “Əyilməz Fransa” ( La France İnsoumise- LFI), digəri isə “Milli Birlik (Rassemblement National-RN) və onun müttəfiqləri tərəfindən təqdim edilmişdi. LFI-nin təklifi daha çox 271 səs toplasa da, 18 səs çatmayıb. RN və müttəfiqlərinin təklifi isə yalnız 144 səs toplaya bilib.
Bu səsvermələr zamanı sosialist deputatların mövqeyi isə diqqət mərkəzində olub. Hökumət pensiya islahatının müvəqqəti dayandırılmasına və varlılardan daha çox vergi alınmasına dair bəzi güzəştlərə getdikdən sonra, PS-dən olan əksər deputatlar etimadsızlıq təklifinə səs verməkdən imtina ediblər.
Bununla belə, sosialist deputat Loran Bomel tribundan bəyan edib ki, səsvermədə etimadsızlıq göstərmələri gələcəkdə bunu etməyəcəkləri anlamına gəlmir.
Bu səsvermənin nəticəsindən asılı olmayaraq, hökumət Milli Assambleyada zəif mövqedə qalmağa davam edir. Növbəti böyük siyasi sınaq, oktyabrın 24-də 2026-cı il büdcə müzakirələri ilə başlayacaq. Baş nazir 49.3-cü maddəyə (hökumətin səsverməsiz qanun qəbul etməsinə imkan verən vasitə) əl atmadan, parlament çoxluğunun razılığını əldə etməlidir. Bu isə çətin kompromislər tələb edir.
Son etimadsızlıq səsverməsi Fransa siyasətindəki dərin parçalanmanı bir daha göstərib. Hökumətin verdiyi güzəştlər solçu fraksiyalarda kifayət qədər inam yaratmasa da, sağçı partiyalar üçün həddən artıq hesab edilib. Nəticədə bir çox deputat fraksiya xəttindən kənara çıxaraq fərdi qərarlar qəbul edib.
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO
-
İdman01:11Tofiq Musayevə yüksək VƏZİFƏ VERİLDİ
-
Sosial00:30Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub? - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə emosional yaxınlıq yaşana bilər
-
Avropa6 Dekabr 23:48Naməlum təhdid davam edir - Vilnüs hava limanı yenə bağlandı
-
İdman6 Dekabr 23:36“Sabah”la AFFA arasında QALMAQAL - Klub açıqlama yaydı


































.jpg)


