Avropa
Üç ölkə Britaniya üçün ciddi TƏHLÜKƏ YARADIR - MI-5-in rəhbəri həyəcan təbili çaldı
"Britaniyada milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlə bağlı araşdırma aparılan şəxslərin sayı son bir ildə 35% artıb".
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın əks-kəşfiyyat xidməti olan MI-5-in rəhbəri Ken Makkallum bildirib ki,
Makkallumun sözlərinə görə, bu şəxslərin aktivliyinin arxasında əsasən Çin, Rusiya və İran dayanır.
“Son bir ildə dövlət təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlərdə iştirakda şübhəli bilinən şəxslərin sayı 35% artıb,” – deyə MI-5 rəhbəri Birləşmiş Krallığa qarşı təhdidlərə dair illik hesabatı təqdim edərkən bildirib.
Xidmət rəhbəri qeyd edib ki, ölkə yeni bir dövrə qədəm qoyub. Onun sözlərinə görə, MI-5-in terrorizmlə mübarizəsi hələ də gərgin olaraq qalır və qurum demək olar ki, rekord sayda araşdırma aparır. Bununla yanaşı, o əlavə edib ki, MI-5 daha ciddi bir təhlükə ilə üz-üzədir – digər dövlətlərin sürətlə artan fəaliyyəti. Onun sözlərinə görə, bu dövlətlər MI-5-in adətən terrorizm işlərində rast gəldiyi çirkli metodlardan istifadə edirlər. Makkallum bu kontekstdə izləmə, sabotaj, yanğın törətmə və fiziki zorakılıq cəhdlərini misal gətirib.
MI-5 rəhbəri may ayında Londonda məhkəmə tərəfindən Rusiyanın xeyrinə casusluqda ittiham edilərək 5 ildən 10 ilə qədər həbs cəzası alan altı Bolqarıstan vətəndaşının işini xatırladıb. O, həmçinin Londonda Ukrayna şirkətlərinin anbarına edilən və istintaqın versiyasına görə Rusiya maraqlarına xidmət edən yanğın hadisəsi ilə bağlı araşdırmanı da qeyd edib.
Hüseyn İbadlı
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO



























.jpg)












