Sosial
Şəhidin büstü üzərindəki gülləri o oğurlayırmış - FOTO/VİDEO

Vətən müharibəsi şəhidi, kapitan Həmid Cəfərlinin yaşadığı evin qarşısında büstü üzərindəki güllər oğurlanıb.
Publika.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, bir neçə dəfə təkrarlanan hadisədən sonra ailə təhlükəsizlik kamerası quraşdırıb. Nəticədə görüntülərdən gülləri aparan şəxsin təxminən 65-70 yaşlı qadın olduğu müəyyən edilib.
Şəhidin ailəsi həmin qadından şikayətçi olmayıb.
Sözügedən hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, kapitan Həmid Kərim oğlu Cəfərli 5 oktyabr 2020-ci ildə Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Hərbi Memorial Məzarlıqda dəfn olunub.
Ölümündən sonra Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Məlum olub ki, Vətən müharibəsi şəhidi, kapitan Həmid Kərim oğlu Cəfərlinin büstü üzərindəki gülləri oğurlayan 1952-ci il təvəllüdlü, Xətai rayon sakini olan qadın müəyyən edilib.
Polis əməkdaşları onun psixi sağlamlıq vəziyyətini nəzərə alaraq müvafiq profilaktik iş aparıb və onu ailə üzvlərinə təhvil veriblər. (“Qafqazinfo”)

-
Qoroskop00:30
Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun
-
Region00:15
Kahramanmaraş yenə SİLKƏLƏNDİ
-
Avto00:00
Qərar verildi, bu maşınlar BAHALAŞACAQ
-
Magazin123 Oktyabr 23:24
Güneldən payızda bikini şousu - FOTO
-
Dünya23 Oktyabr 23:12
Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başladı - VİDEO
-
Region23 Oktyabr 22:36
Pezeşkian yenə Azərbaycan dilində şeir dedi: - VİDEO
-
Kriminal23 Oktyabr 22:12
Dəhşətli cinayətin ŞOK TƏFƏRRÜATI - Hər ay kreditin ödəyib, əraziyə "giriş qadağandır" nişanı qoyub
-
Sosial23 Oktyabr 21:36
Şəhidin büstü üzərindəki gülləri o oğurlayırmış - FOTO/VİDEO