ABŞ
Qızılın kosmik mənşəyinin SİRRİ AÇILDI

Tennessi Universitetindən amerikalı fiziklər kainatda qızıl və platin kimi ağır elementlərin yaranmasına cavabdeh olan əsas proseslərdən birinə işıq salan eksperiment aparıblar. Onlar qeyri-sabit atom nüvələrinin necə parçalanaraq ulduzlarda yeni kimyəvi elementlər yaratdığını daha dəqiq müəyyən edə biliblər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Physical Review Letters" (PRL) jurnalında dərc olunub.
Kütləvi ulduzlar toqquşduqda, partladıqda və ya kollapsa uğradıqda onların daxilində r-proses adlanan sürətli neytron tutma prosesi başlayır. Bu zaman nüvə ardıcıl olaraq onlarla neytronu udur, qeyri-sabit hala gəlir və nəticədə parçalanaraq daha sabit elementlərə çevrilir. Astrofiziklərin fikrincə, məhz bu proses nəticəsində kainatda qızıl, uran və digər ağır maddələr yaranıb. Lakin bu prosesin detalları uzun müddət sirr olaraq qalırdı.
Bu mexanizmi araşdırmaq üçün professor Robert Gjivaçın rəhbərliyi ilə, aspirantlar Piter Dizzel və Ceykob Qudjun iştirakı ilə tədqiqat qrupu nadir izotop - indium-134-dən istifadə edib. Onun qeyri-sabit nüvələri CERN-dəki ISOLDE qurğusunda lazer ayrımı vasitəsilə əldə olunub. İndiumun parçalanması zamanı tin-134, tin-133 və tin-132 izotopları yaranıb və məhz bu keçidlər zamanı alimlər üç unikal hadisəni qeydə alıblar.
Ən mühüm nəticə dünyada ilk dəfə olaraq β-gecikməli ikili neytron emissiyası zamanı neytronların enerjisinin ölçülməsidir. Bu nadir parçalanma növü yalnız saniyənin cüzi hissəsində mövcud olan ekzotik nüvələrdə baş verir. Onu ölçmək son dərəcə çətin olub: neytronlar yüklü olmadığından asanlıqla səpələnir və bu da onların sayını və enerjisini müəyyən etməyi çətinləşdirir.
“Bu, həqiqətən də böyük hadisədir. Daha əvvəl heç kim eyni anda buraxılan iki neytronun enerjisini ölçə bilməmişdi. İndi isə tamamilə yeni bir tədqiqat istiqamətini açan eksperimental məlumatlarımız var”, - deyə professor Qjivaç qeyd edib.
Əldə olunan nəticələr alimlərə ulduz fəlakətlərinin modellərini təkmilləşdirməyə, ağır elementlərin mənşəyini daha dəqiq izah etməyə və kosmik kimyada əsas rol oynayan ekzotik nüvələrin xüsusiyyətlərini daha dəqiq proqnozlaşdırmağa imkan verəcək.
Hüseyn İbadlı
-
Qoroskop00:30
Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun
-
Region00:15
Kahramanmaraş yenə SİLKƏLƏNDİ
-
Avto00:00
Qərar verildi, bu maşınlar BAHALAŞACAQ
-
Magazin123 Oktyabr 23:24
Güneldən payızda bikini şousu - FOTO
-
Dünya23 Oktyabr 23:12
Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başladı - VİDEO
-
Region23 Oktyabr 22:36
Pezeşkian yenə Azərbaycan dilində şeir dedi: - VİDEO
-
Kriminal23 Oktyabr 22:12
Dəhşətli cinayətin ŞOK TƏFƏRRÜATI - Hər ay kreditin ödəyib, əraziyə "giriş qadağandır" nişanı qoyub
-
Sosial23 Oktyabr 21:36
Şəhidin büstü üzərindəki gülləri o oğurlayırmış - FOTO/VİDEO