Hindistandan Rusiyanı məyus edəcək qərar
Bizi izləyin

Dünya

Hindistandan Rusiyanı məyus edəcək qərar

Rusiyanın iki aparıcı neft istehsalçısına qarşı Amerika Birləşmiş Ştatlarının (ABŞ) tətbiq etdiyi yeni sanksiyalardan sonra Hindistanın neft emalı zavodları Rusiya neftinin idxalını kəskin azaltmağa hazırlaşır.

Publika.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, mənbələrin məlumatına görə, bu addım ABŞ-la ticarət sazişi bağlamağa mane olan əsas əngəli aradan qaldıra bilər.

Dəyişiklik Hindistanın ABŞ-a ixrac olunan məhsullarına 50 faizlik gömrük rüsumu tətbiq edildiyi, bu rüsumların yarısının isə Rusiya neftinin alınmasına cavab olaraq müəyyənləşdirildiyi bir vaxtda baş verir. Hazırda Hindistan Rusiyanın xam neftinin idxalını azaltmaq müqabilində həmin rüsumların Asiya ölkələrinə tətbiq edilən səviyyəyə endirilməsini nəzərdə tutan mümkün ticarət sazişi ilə bağlı danışıqlar aparır.

Rusiya-Ukrayna müharibəsindən sonra Hindistan dəniz yolu ilə endirimli qiymətə satılan Rusiya xam neftinin ən böyük alıcısına çevrilib. Bu ilin ilk 9 ayında ölkə gündəlik təxminən 1,7 milyon barel neft idxal edib.

ABŞ sanksiyaları Rusiyanın iki ən böyük neft istehsalçısı olan “LUKoyl” və “Rosneft” şirkətlərinə yönəlib.

Hindistanın dövlətə məxsus neft emalı müəssisələri olan “Indian Oil Corporation”, “Bharat Petroleum Corporation” və “Hindustan Petroleum” ABŞ sanksiyalarından sonra “Rosneft” və “LUKoyl”dan birbaşa tədarüklərin qarşısını almaq məqsədilə Rusiya ilə neft ticarəti üzrə sənədləri yenidən nəzərdən keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm