Sosial
Azyaşlı qızla ad günündə münasibətdə oldu: "Yaşını bilmirdim"

Bakının Suraxanı rayonunda 1999-cu il təvəllüdlü Əfqan yetkinlik yaşına çatmayan Leyla (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, 2023-cü ilin aprel ayının axırlarında Leyla ilə onun kirayədə yaşadığı evində qeyri-təbii, may ayının əvvəllərində isə təbii yolla cinsi əlaqədə olub.
2024-cü ilin yanvarın 11-dək bu münasibət davam etdirib.
İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
“Tanış olmaq istədiyimi bildirdim”
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, 2022-ci ilin yay aylarında Bakıxanov qəsəbəsində parkda olanda iki qızın gəzdiyini görüb: “Qızlardan biri xoşuma gəldiyinə görə onlara yaxınlaşdım, tanış olmaq istədiyimi bildirdim. Qız adının Leyla olduğunu dedi, bir-birimizə telefon nömrələrimizi verdik.
Söhbət edən zaman o, orta məktəbdə oxuduğunu bildirdi. Mütəmadi olaraq mobil telefonla danışmağa başladıq. Bir müddət sonra Bakıxanov qəsəbəsi ərazisində parkda görüşdük. Bir neçə ay ərzində danışdıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Leylanın yaşadığı evdə görüşüblər: “Leyla anası ilə kirayədə qalırdı. Biz görüşənəndə anası evdə olmurdu. 2023-cü ilin aprel ayının axırlarında onun yaşadığı evə getdim. Bir qədər söhbət etdikdən sonra öpüşməyə başladıq. Qeyri-təbii yolla cinsi əlaqədə olmağı ona təklif etdim, etiraz etmədi.
Hər ikimiz soyunduq, intim münasibətdə olduq. Lakin bu münasibəti tam başa çatdırmadım. Çünki qız bunu istəmədi. Sonra onun yaşadığı evdən getdim”.
“Peşman olmadığını bildirdi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, bir neçə gün sonra Leyla ona zəng edib və evdə tək qaldığını, yenindən cinsi əlaqədə olmaq istədiyini bildirib: “Leylagilin evinə getdim, bir daha cinsi əlaqədə olduq. May ayının əvvəllərində də Leylanın evində görüşdük. Leyla mənimlə təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirdi. Mən də etiraz etmədim.
Bu münasibətlə bağlı bir qədər Leyla danışdıq. Əlaqədə olduqdan sonra heç bir peşmançılığı olmadığını və özü istəyərək bu işi etdiyini bildirdi.
Hər dəfə fürsət düşdükdə Leyla məni yaşadığı evə çağırır, evdə tək olduğunu və cinsi əlaqədə olmaq istədiyini deyirdi”.
Əfqan bildirib ki, 2024-cü ilin aprel ayında Leyla ona hamilə olmasından şübhələndiyini deyib: “Ona hamiləliklə bağlı test yoxlamasına getməyi təklif etdim. Yoxlamadan sonra hamilə qaldığını bildirdi. Bu barədə heç kəsə demədik.
Mayın 18-də Leyla mənimlə əlaqə saxlayaraq anası ilə birlikdə Sabunçu xəstəxanasına getdiklərini və müayinə zamanı 18 həftəlik hamilə olmasının müəyyən edildiyini söylədi. Leylanın anası Sənəm bizim evə gəldi, valideynlərimlə danışdı. Valideynlərim də buna etiraz etmədi, Leyla ilə ailə quracağımı dedilər.
Bundan sonra Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən məni izahat almağa çağırdılar. Polis bölməsinə gedən zaman qorxduğum üçün cinsi əlaqə zamanı Leylanın bakirə olmadığını bildirdim”.
Təqsirləndirilən şəxs deyib ki, təbii yolla cinsi əlaqədə Leylanın ad günündə, yəni 11 yanvar 2024-cü ildə olublar: “Leylanın yaşının 16-dan az olduğunu bilməmişəm. Mənə 17 yaşı olduğunu deyib”.
“Bir-birimizi sevməyə başladıq”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Leylanın sözlərinə görə, hadisə vaxtı anası ilə birlikdə yaşayıb: “2023-cü ildə orta məktəbin 9-cu sinfini bitirdikdən sonra məktəbdən çıxmışam. 2022-ci ilin qış aylarında Əfqanla tanış oldum. Bakıxanov qəsəbəsi ərazisində yerləşən parkda hazırda Türkiyədə yaşayan Süsənlə birlikdə gəzirdik.
Əfqan yaxınlaşaraq tanış olmaq istədiyini bildirdi. Bir-birimizə telefon nömrələrimizi verdik. Aramızda səmimi münasibət yarandı, bir-birimizi sevməyə başladıq”.
Leyla bildirib ki, 2023-cü ilin aprel ayının axırlarında, günorta saatlarında Əfqan evlərinə gəlib: “Əfqanla bir qədər söhbətləşdik. O, mənə qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etdi. Mən də razılaşdım”.
Zərərçəkmiş daha sonra ifadəsində Əfqanla növbəti görüşləri və intim münasibətdə olmaları, bakirəliyinin pozulması barədə geniş ifadə verib.
“Nə özümün, nə də anamın şikayətimiz yoxdur”
Zərərçəkmiş ifadəsinə görə, 2024-cü ilin mayın 17-də evdə olduğu zaman anası ondan şübhələnib: “Həmin günlərdə ardıcıl olaraq qusurdum, qarnım bir qədər şişmişdi. Ertəsi gün anam məni Sabunçu rayonunda yerləşən doğum xəstəxanasına apardı. Ultra səs müayinəsi zamanı 18 həftəlik hamilə olduğum aydınlaşdı. Nə özümün, nə də anamın Əfqana qarşı şikayətimiz yoxdur. O, mənimlə evlənməyə söz verib. Lakin hələ 18 yaşım olmadığından rəsmi nikaha girə bilmirəm. Başqa heç kimlə cinsi əlaqədə olmamışam”.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 1 il 5 ay 28 gün şərti cəza verilib.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. O, Suraxanı Rayon Məhkəməsinin hökmünün cinayət qanunu norması düzgün tətbiq olunmasını, həmçinin Cinayət Məcəlləsinin 70-ci maddəsinə dair müddəaların hökmdən xaric edilməklə dəyişdirilməsini xahiş edib.
Bir müddət əvvəl dövlət ittihamçısının protesti qismən təmin olunub və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Hökmdən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tətbiq olunmasına dair müddəlar xaric olunub.
Daha sonra hökmdən baş prokurorunun müavini apellyasiya protesti verib.
Apellyasiya protesti onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib və 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Lakin məhkəmə tərəfindən hazırkı hökmlə cəza təyin olunarkən cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edilməyib.
Bu protestə bu günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılıb və protest təmin olunub. Sabunçu Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli hökmü hazırkı hökmlə birləşdirilib.
Təqsirləndirilən şəxsin barəsində 1 il 6 ay sınaq müddəti müəyyən olunmaqla 1 il 6 ay cəza təyin olunub.
-
Qoroskop00:30
Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun
-
Region00:15
Kahramanmaraş yenə SİLKƏLƏNDİ
-
Avto00:00
Qərar verildi, bu maşınlar BAHALAŞACAQ
-
Magazin123 Oktyabr 23:24
Güneldən payızda bikini şousu - FOTO
-
Dünya23 Oktyabr 23:12
Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başladı - VİDEO
-
Region23 Oktyabr 22:36
Pezeşkian yenə Azərbaycan dilində şeir dedi: - VİDEO
-
Kriminal23 Oktyabr 22:12
Dəhşətli cinayətin ŞOK TƏFƏRRÜATI - Hər ay kreditin ödəyib, əraziyə "giriş qadağandır" nişanı qoyub
-
Sosial23 Oktyabr 21:36
Şəhidin büstü üzərindəki gülləri o oğurlayırmış - FOTO/VİDEO