MDB
Putin Budapeşt sammitindən DANIŞDI: "Bu, hər ikimizin səhvi olardı"
Rusiya Prezidenti Vladimir Putin Budapeştdə keçiriləcək Rusiya-ABŞ sammitinə hazırlıqsız yanaşmağın səhv olduğunu bildirib.
Publika.az xəbər verir ki, o bu barədə Rusiya Coğrafiya Cəmiyyətinin konqresində çıxış edərkən danışıb.
"Əlbəttə, belə görüşlərə yaxşı hazırlaşmaq lazımdır. Buna yüngül yanaşmaq və gözlənilən nəticələr olmadan getmək həm mənim, həm də Amerika prezidentinin (Donald Trampın) səhvi olardı", - Putin deyib.
Oktyabrın 22-də Donald Tramp Vladimir Putinlə keçən həftə elan edilmiş Budapeşt görüşünün ləğv edildiyini açıqlayıb. Amerika Prezidenti görüşün “lazım olana” nail olmayacağı fikrini bildirib. Bununla belə, Tramp Putinlə gələcəkdə görüşün mümkünlüyünü istisna etməyib.
Ağ Ev rəhbəri həmçinin Ukraynada münaqişənin həlli prosesinin “kifayət qədər yaxşı” getdiyini bəyan edib və Rusiyadan hazırkı mövqelərini təsdiqləyərək cəbhə xəttində atəşkəslə razılaşmağı tələb edib.
Hüseyn İbadlı
-
Sosial20:36"5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs danışdı / VİDEO
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?



































