Tramp İsrailə ultimatum verdi
Bizi izləyin

ABŞ

Tramp İsrailə ultimatum verdi

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağına səfər edəcəyini açıqlayaraq İsrailə ultimatum verib.

Publika.az xəbər verir ki, bu barədə o, “Time” nəşrinə müsahibəsində məlumat verib.

Amerika lideri İsrailə İordan çayının qərb sahilinin mümkün ilhaqının nəticələri barədə xəbərdarlıq edib. Tramp vurğulayıb ki, bu baş verərsə, İsrail ABŞ-ın dəstəyini itirəcək.

"Bu, ərəb ölkələrinə söz verdiyim üçün baş verməyəcək. Və bunu indi etmək olmaz", - ABŞ lideri bildirib.

Tramp həmçinin Yaxın Şərqin heç vaxt bu qədər birləşmədiyini qeyd edərək, yalnız HƏMAS-ın marjinal qrup olaraq qaldığını deyib.

Qəzza zolağında atəşkəs oktyabrın 9-da qüvvəyə minib. Trampın vasitəçiliyi ilə imzalanmış razılaşmanın birinci mərhələsinə əsasən, hər iki tərəfdən bütün girovlar azad ediləcək və İsrail qoşunları razılaşdırılmış xəttə çəkiləcək.

Trampın sözlərinə görə, Qəzza zolağı sülh sazişinin həyata keçirilməsindən sonra mərhələli şəkildə restrukturizasiyaya məruz qalacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm