Kiprdən türk düşmənçiliyi - Erhürmana yunan üsulu "Xoş gəldin" mesajı
Bizi izləyin

Dünya

Kiprdən türk düşmənçiliyi - Erhürmana yunan üsulu "Xoş gəldin" mesajı

Şimali Kipr Türk Cümhuriyyətinin yeni lideri Tufan Erhürmanın prezident seçilməsindən dərhal sonra, Yunan Kipr administrasiyası Kipr türklərinə və Türkiyəyə qarşı təxribat xarakterli addımlar atıb.

Publika.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.

Bildirilib ki, seçkilərdən sonra Yunan Kipr administrasiyası Livan hökumətinin yunan kiprləri ilə Şərqi Aralıq dənizini birtərəfli şəkildə bölüşdüyü müqaviləni təsdiqləməsini, Avropa Parlamentinin Kipr türklərinin itkilərini görməzdən gələrək Kipr yunanlarının itkilərinə abidə ucaltmaq üçün qətnamə qəbul etməsini təmin edib.

Eyni zamanda, Yunan Kipr administrasiyası bəyan edib ki, Türkiyənin Yunanıstanla birlikdə Avropa İttifaqının müdafiə proqramına daxil olmasının qarşısını alacaq.

O da qeyd olunur ki, Şimali Kipr Türk Cümhuriyyətinə investisiya qoyan və bir ildir həbsdə saxlanılan iş adamı 5 il həbs cəzasına məhkum edilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm