Dünya
Elə bilirdilər heç vaxt görünməyəcək: Ağcaqanadlar bu ölkədə təşviş yaratdı
Soyuq iqlimi ilə tanınan İslandiyada ilk dəfə ağcaqanadların görünməsi ölkədə narahatlıq yaradıb.
Publika.az "Milliyet"ə istinadən xəbər verir ki, mütəxəssislər onların xaricdən gəldiyini və qlobal istiləşmə ilə əlaqədar olaraq ölkədə yaşama ehtimalının artdığını bildiriblər.
Türkiyənin Akdeniz Universitetinin professoru Hüseyn Çetin məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, dünyada 3500-dən çox ağcaqanad növü var və onların əksəriyyəti isti iqlimdə yaşayır. Amma iqlim dəyişikliyi səbəbindən artıq soyuq bölgələrdə də ağcaqanadlar müşahidə olunur: “Ağcaqanadlar əvvəl görünmədikləri yerlərdə belə məskunlaşa bilirlər. Artıq dağlıq və yüksək ərazilərdə də problem yaradırlar".

Çetin xəbərdarlıq edib ki, beynəlxalq nəqliyyat vasitələri, təyyarə və gəmilər ağcaqanadların yeni ərazilərə yayılmasını asanlaşdırır.
Mütəxəssislər İslandiyada tapılan növün insan üçün ciddi təhlükə yaratmadığını, lakin quşlar arasında “quş malyariyası”nı yayma ehtimalı olduğunu bildirirlər
Mövzu “Asiya pələngi” adlanan təhlükəli ağcaqanad növünü də gündəmə gətirib. Bu növ artıq Türkiyənin İstanbul, Trakya və Qara dəniz bölgələrində çoxalmağa başlayıb.
Hüseyn Çetinin sözlərinə görə, “Asiya pələngi” ağcaqanadları gündüz fəaldır, təmiz suda çoxalır və yumurtaları quraqlığa altı aya qədər davam gətirə bilir: "Adi dərmanlama kifayət etmir. İnsanlar evlərinin ətrafında suyun yığılmasına imkan verməməlidirlər".
-
Region21:13Türkiyə ilə Böyük Britaniya "Eurofighter" qırıcıları ilə bağlı saziş imzaladı
-
ABŞ21:00Trampın qalmaqallı FOTOsu dəyişdirildi
-
İdman19:30Türkiyə futbolu qarışdı: Hakimlərin 65 faizi qumar oynayırmış
-
Nida Xəbər 19:19Ramiz Mehdiyevin "Dövlət Şurası"nda müxalifət liderləri də var - ŞOK
-
Region19:10Ərdoğan Starmeri qəbul etdi - Foto
-
Sosial18:40Adnan Əhmədzadəyə aid olduğu deyilən “Bolmart”da əməliyyat
-
Sosial16:50Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı - FOTOFAKT
-
Rəsmi xronika16:24İlham Əliyev iki sərəncam imzaladı












.jpg)
















.jpg)



