İstanbulda İŞİD-ə qarşı əməliyyat - 21 nəfər saxlanıldı
Bizi izləyin

Dünya

İstanbulda İŞİD-ə qarşı əməliyyat - 21 nəfər saxlanıldı

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Publika.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində şəhərdə 9-u xarici döyüşçü terrorçu olmaqla, 24 İŞİD üzvünün olduğu müəyyən edilib.

Şəhərin 11 rayonda yerləşən 22 ünvanda aparılan əməliyyat nəticəsində 21 şübhəli saxlanılıb.

Onların təşkilatın ünsiyyət vasitəsi olan “Rockhetchat” adlı tətbiqdən istifadə etdikləri, sosial mediada İŞİD-in təbliğatını apardıqları və döyüş bölgələri ilə əlaqədə olduqları aşkarlanıb.

Qeyd edilir ki, digər üç şübhəlinin saxlanılması istiqamətində əməliyyatlar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm