Dünya
“Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda təlim keçirilib - FOTOLAR
24-25 oktyabr 2025-ci il tarixlərində Elm və Təhsil Nazirliyi tərəfindən media nümayəndələri üçün “Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda iki günlük təlim təşkil olunub.
Publika.az xəbər verir ki, təlimin məqsədi elm və təhsil sahəsində həyata keçirilən islahatların, yeniliklərin və strateji istiqamətlərin media müstəvisində düzgün təqdimatı bacarıqlarının artırılması, həmçinin təhsil jurnalistikasının inkişafına dəstək vermək olub.
Proqram çərçivəsində media nümayəndələri üçün dörd panel sessiya təşkil edilib.
Birinci paneldə Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elm və təhsil hədəfləri və nailiyyətlər mövzusunda təqdimatla çıxış edib.
İkinci paneldə elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu məktəbəqədər və ümumi təhsil sahəsində yeniliklər, beynəlxalq qiymətləndirmələr və monitorinqlər barədə məlumat veriblər.
Təlimin üçüncü panelində Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru Almaz Mahmud “Elm və təhsil mediada: təhsil jurnalistikası” mövzusunda təqdimatla çıxış edib.
Təlimin ikinci günündə “Elm və ali təhsil sahəsində hədəflər” mövzusunda panel sessiyası təşkil edilib. Sessiyada Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman bu istiqamətdə görülən işlər və prioritetlər barədə məlumat verib.
Panel müzakirələrindən sonra elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə media ilə əməkdaşlığın əhəmiyyəti, ictimaiyyətlə açıq və şəffaf kommunikasiya mexanizmlərinin gücləndirilməsi istiqamətində fikir və təkliflər müzakirə olunub.
Təlim proqramı iştirakçılara sertifikatların təqdim edilməsi ilə yekunlaşıb.
-
Sosial13:34Şərurlu İsfəndiyarın verdiyi evi istəmədim: Məqsədim atamı biabır etmək... - Elman Nəsirovun qızı
-
Sosial13:08Azərbaycanın məşhur şirkətini ermənilərlə nə birləşdirir? - FOTOFAKT
-
Dünya11:16Yalvarırdı: Rusiyanın hücumu başlayanda Zelenski Stoltenberqdən nə xahiş edib?
-
Dünya10:18“Qiyamət radiosu”ndan daha iki sirli mesaj
-
Nida Xəbər 09:54Putin 44 günlük müharibədə İrəvandan görün nə tələb edib: Ermənilər açıqladı
-
Sosial08:24Qırmızı bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salındı
-
Region07:55Türkiyədə 6,1 bal gücündə zəlzələ: Yaralı sayı artdı - VİDEO/YENİLƏNDİ
-
ABŞ03:19ABŞ hərbi bazasını təxliyə etdi - "Melissa" qasırğasına görə
















.jpg)
















.jpg)




