BMT dəhşətli hesabatı açıqladı: Rusiya ordusu Ukraynada insanlığa qarşı cinayətlər törədir
Bizi izləyin

Dünya

BMT dəhşətli hesabatı açıqladı: Rusiya ordusu Ukraynada insanlığa qarşı cinayətlər törədir

Rusiya pilotsuz təyyarələri müntəzəm olaraq Ukrayna vətəndaşlarını hədəfə alaraq, ölüm, yaralanma və geniş dağıntılara səbəb olur.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin Ukrayna ilə bağlı Təhqiqat Komissiyasının BMT Baş Assambleyasının sosial, humanitar və mədəni məsələlər üzrə ixtisaslaşmış Üçüncü Komitəsinə təqdim etdiyi hesabata deyilir.

Hesabat müəllifləri iddia edirlər ki, bu cür hücumlar sistematik və əlaqələndirilmişdir. Onlar silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqa əsasən xüsusi statusa malik şəxsləri, şəxsi evləri, humanitar yardım paylama məntəqələrini, habelə təcili yardım ekipajlarını və yanğınsöndürənləri hədəf alırlar.

Rusiya hərbçilərinin əməlləri insanlığa qarşı cinayətlərin iki növünü təşkil edir: əhalinin qətli və məcburi köçkünləşməsi, habelə mülki əhalinin rus qoşunları tərəfindən işğal olunmuş ərazilərdən deportasiyası və köçürülməsi.

Bu hesabat ictimaiyyətə açıq olan təxminən 500 cinayət videosunun təhlilinə əsaslanır, onlardan 247-nin yeri texniki cəhətdən yoxlanılıb.

Komissiya, həmçinin Rusiyanın işğal etdiyi ərazilərdə Ukraynanın pilotsuz təyyarələrinin mülki hədəflərə hücumu ilə bağlı iddialarını araşdırıb, lakin əraziyə girişin olmaması, şahidlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar və Rusiya rəsmilərinin cavab verməməsi səbəbindən heç bir nəticə çıxara bilməyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm