Rusiyanın "Uçan Çernobıl"ı: Dünya nüvə təhlükəsi altındadır
Bizi izləyin

Dünya

Rusiyanın "Uçan Çernobıl"ı: Dünya nüvə təhlükəsi altındadır

Rusiyanın nüvə enerjisi ilə işləyən "Burevestnik" kruiz raketi dünyada narahatlıq doğurub.

Publika.az "Haber Global"a istinadən xəbər verir ki, bu silah "Uçan Çernobıl" kimi də tanınır.

Rusiya tərəfindən hazırlanan bu raketin nüvə mühərriki ilə işlədiyi bildirilir. İddia edilir ki, bu qabiliyyət ona uzun müddət havada qalmağa və aşağı hündürlükdə uçaraq radar və raket sistemlərindən yayınmağa imkan verir.

Rəsmi mənbələrə görə, onun mənzili təxminən 14 min kilometr və ya daha çox ola bilər. Raketin nüvə mühərrik sisteminin qəza və ya radiasiya sızması riski yaratdığı iddia edilir.

Rusiya Müdafiə Nazirliyi raketin sınaqlarından birinin uğurlu olduğunu açıqlayıb. Raketin nə vaxt tam istifadəyə veriləcəyi hələlik məlum deyil.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm