Dünya
Putinin səfəri öncəsi Hindistan və Rusiya bu müqaviləni imzaladı
Hindistan və Rusiya, Vladimir Putinin gözlənilən Hindistan səfərindən bir neçə həftə əvvəl sərnişin təyyarələrinin birgə istehsalı haqqında saziş imzalayıblar.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Hindistanın dövlət şirkəti Hindustan Aeronautics Ltd. (HAL) çərşənbə axşamı Rusiyanın Birləşmiş Təyyarə Korporasiyası (UAC) ilə SJ-100 tipli mülki sərnişin təyyarələrinin istehsalına dair müqavilə imzalandığını açıqlayıb.
Bəyanatda texnologiyanın Hindistana transferi və ya sərmayə qoyuluşu ilə bağlı məlumat verilməyib. Məlumata görə, razılaşma çərçivəsində HAL Hindistan bazarı üçün ikimühərrikli dar gövdəli SJ-100 təyyarələrinin istehsal hüququna malik olacaq.
“Bu, Hindistanda tam hüquqlu sərnişin təyyarəsinin ilk dəfə istehsal ediləcəyi layihədir. HAL və UAC arasındakı bu əməkdaşlıq qarşılıqlı etimadın nəticəsidir”, - bəyanatda qeyd olunub.
Bildirilir ki, saziş Hindistanın baş naziri Narendra Modinin “Made in India” təşəbbüsünü dəstəkləyir. Hindistan 2047-ci ilə qədər hava limanlarının sayını 350-yə çatdırmağı planlaşdırdığı üçün bu addım ölkənin daxili aviasiya tələbatını qarşılamağa kömək edəcək.
-
MDB20:00Dollar və avro yenidən BAHALAŞDI
-
Region19:55İmamoğlunun casusluq işində İsa Qəmbərin ADI ÇIXDI
-
Magazin119:24"Səni hardan vurmaq lazım olduğunu bilir"
-
Sosial18:30Dabaq əleyhinə saxta dərmanı belə hazırlayıblar - VİDEO
-
Dünya17:40Rusiyanın "Uçan Çernobıl"ı: Dünya nüvə təhlükəsi altındadır
-
İdman16:22Ronaldonun Corcinası dəbdəbəli qarderobunu göstərdi: Görün nələr var - FOTO/VİDEO
-
İdman14:57Allahla müqavilə bağlayıb: Zorlama ittihamından qurtulan Alveş görün nə işlə məşğuldur - VİDEO
-
İdman13:49ÇL-də məşhurlaşan 18 yaşlı qazax futbolçu Samirə ilə eşq yaşayır - FOTOLAR




























.jpg)




