ABŞ bu ölkə ilə mühüm razılaşma əldə etdi
Bizi izləyin

Dünya

ABŞ bu ölkə ilə mühüm razılaşma əldə etdi

Vaşinqton və Seul arasında yeni ticarət razılaşması əldə edilib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyanat yayıb.

O, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Zirvə Görüşü çərçivəsində keçirilən danışıqlardan sonra çıxış edib.

"Razılaşma əldə olundu. Məhsuldar görüş keçirdik və bir çox məsələləri müzakirə etdik. Razılaşma ilə Asiya-Sakit Okean ticarətində yeni bir dövrün başlanğıcı olacağı gözlənilir", - deyə ABŞ lideri qeyd edib.

ABŞ mətbuatına görə, Cənubi Koreya ilə potensial ticarət razılaşması iki ölkə arasında ixrac balansını tənzimləməyi, Amerika avtomobil və kənd təsərrüfatı sektorları üçün yeni bazarlar açmağı hədəfləyir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm