Dünya
Avropanın Ukrayna ilə bağlı sülh planı: 12 bəndlik sənədin təfərrüatı açıqlandı
Ukrayna üzrə Avropanın sülh planı 12 bənddən ibarət olacaq.
Publika.az xəbər verir ki, bu barədə “Strana” nəşri yazıb.
Sənəddə digər məqamların ətrafında formalaşan əsas bəndlər “atəşkəs” və “danışıqlar”dır.
Beləliklə, planın müəllifləri atəşkəsin, şərtlər razılaşdırdıqdan 24 saat sonra başlayacağını gözləyirlər. Bundan sonra hazırkı cəbhə xətti dondurulacaq və vəziyyətə nəzarəti ABŞ öz üzərinə götürəcək . Eyni zamanda, Zaporojye Atom Elektrik Stansiyası “üçüncü tərəfə” veriləcək və sonradan Ukraynaya qaytarılacaq.
Bunun ardınca Moskva və Kiyev "hücum etməmək paktı", həmçinin Rusiya Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərin Rusiyanın idarə edilməsinə dair razılaşmalarla yekun təmas xəttini razılaşdırmalıdırlar. Bu torpaqların idarə olunması ilə bağlı danışıqlara daha sonra baxılacaq.
Əməkdaşlığın başlanğıcında Qərb simvolik olaraq Rusiyaya qarşı sanksiyaları ləğv etməli, sülh planı irəlilədikcə məhdudiyyətləri tədricən aradan qaldırmalı və Rusiyanın aktivlərinə qadağaları götürməlidir.
Oktyabrın 27-də Ukrayna prezidenti Vladimir Zelenski “istəklilər koalisiyasının” atəşkəs planının 7-10 günə hazır olacağını açıqlayıb. O qeyd edib ki, atəşkəs planı qısa və çoxlu detallar olmadan olmalıdır.
Tural
-
Hadisə16:04"Land Rover" parklanmış 3 maşını aşırdı
-
Rəsmi xronika15:15Bu rayonun icra başçısı vəzifəsindən azad edildi
-
Sosial14:38Qabil, Tural, Məhəmməd Bakıya gətirilir
-
Sosial14:11Gültəkin Hacıbəyli ölkədən qaçıb
-
Dünya13:50Proses başladı: Milyonlarla insan işsiz qalacaq!
-
Sosial13:14DTX icra başçısını buna görə saxlayıb - Sensasion detallar
-
İdman12:46Yamalın Şakiranın evini almasının əsl səbəbi: Nədən qorxub? - FOTOLAR
-
Nida Xəbər 12:15Mehdiyev işi: Baş redaktor saxlanıldı - FOTO





























.jpg)




