Tramp Çini Rusiyadan belə ayırır: Böyük saziş imzalanacaq
Bizi izləyin

Dünya

Tramp Çini Rusiyadan belə ayırır: Böyük saziş imzalanacaq

Çin ABŞ-dan enerji almağa razılaşıb.

Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, bu, Çinin "böyük Alyaska əyalətindən" neft və qaz almasını nəzərdə tutan çox irimiqyaslı sövdələşmədir.

Tramp qeyd edib ki, ABŞ-ın energetika naziri Kris Rayt, ABŞ Daxili İşlər Naziri Duq Burqum və Amerika enerji rəsmiləri müvafiq ticarət sazişinin detallarını müzakirə etmək üçün tezliklə görüşəcəklər.

Bundan əvvəl Trampın Çinlə qarşıdurmasında güzəştə getdiyi məlum olub. Konkret olaraq, o, Çindən idxal olunan malların tariflərini on faiz bəndi azaldıb. Belə ki, əgər əvvəllər tarif 57 faiz idisə, indi 47 faizə enib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm