Dünya
Netanyahunun gizli planı ifşa olundu: 1,2 milyard dollarlıq "kodlaşdırılmış" müqavilə
İsrailin Baş naziri Benyamin Netanyahunun texnologiya nəhəngləri "Google" və "Amazon" ilə 1,2 milyard dollarlıq gizli "Nimbus" müqaviləsi imzaladığı ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Bildirilib ki, İsrail sözügedən iki şirkətə "göz qırpma mexanizmi" adlanan qeyri-adi bir şərt tətbiq edib. Şərtə görə, xarici məhkəmə və ya hökumət İsrail məlumatlarına giriş tələb etdikdə, şirkətlər bunu birbaşa açıqlaya bilməzlər. Bunun əvəzinə, onlar pul köçürmələri vasitəsilə gizli bir siqnal göndərməlidirlər.
Məsələn, ABŞ-dan gələn bir sorğu üçün +1 ölkə koduna qarşılıq min şekel, İtaliya üçün +39 ölkə koduna uyğun 3900 şekel və ölkənin adı tamamilə gizli saxlanılırsa 100 min şekel xüsusi ödəniş tələb olunur. Bu, İsrailə məlumatlarını hansı ölkənin aldığını gizli şəkildə izləməyə imkan verir.
Sazişin digər bir vacib bəndində "Google" və "Amazon"-un heç bir halda İsrailin bulud infrastrukturuna girişi dayandıra bilməyəcəyi nəzərdə tutulur. Şirkət siyasəti, xarici təzyiq və ya hətta beynəlxalq tənqid bunu dəyişdirə bilməz. İsrail Maliyyə Nazirliyinin sənədlərinə görə, bu bənd "şirkətlər standart müqavilələrini İsrailin təhlükəsizlik ehtiyaclarına uyğun olaraq yenidən formalaşdırmalıdırlar" deməkdir.
"Nimbus" müqaviləsinə əsasən, İsrail ordusu və təhlükəsizlik xidmətləri Fələstin ərazilərində məlumat axınını idarə edən infrastrukturdan da istifadə edir. Bu məlumatlara telefon qeydləri, üz tanıma və kəşfiyyat təhlili daxildir.
Lakin "Google" və "Amazon" iddiaları təkzib edib. "ABŞ-da və ya digər ölkələrdə qanuni öhdəlikləri pozan şəkildə hərəkət etdiyimiz iddiası yalandır", - deyə "Google"-un sözçüsü bildirib.
Roza
-
Art19:48SSRİ Xalq artisti Yakub Əhmədov VƏFAT ETDİ - FOTO
-
Sosial19:24"Pulu kameranın altında say, sonra qaytar" - Yazıçının keçmiş xanımı belə aldadılıb
-
ABŞ19:00Stüardessalar arasında "QƏHVƏ SAVAŞI" - Təyyarə 4 saat ləngidi
-
Hadisə18:40Bağçada uşağı döyən dayə ilə bağlı QƏRAR VERİLDİ
-
Bilgi.az18:36Rauf Abdullayev xəstəxanaya yerləşdirildi - FOTO
-
Nida Xəbər 18:24Əli Əsədov yeni qərar imzaladı
-
Sosial17:13Əli Əsədov iki qərar imzaladı
-
Hadisə16:04"Land Rover" parklanmış 3 maşını aşırdı






























.jpg)




