ABŞ
Stüardessalar arasında "QƏHVƏ SAVAŞI" - Təyyarə 4 saat ləngidi
ABŞ-da "United Airlines"ın sərnişinləri stüardessalar arasında baş verən dava səbəbindən saatlarla hava limanında gözləməli oldular.
Publika.az xəbər verir ki vu barədə "Daily Mail" məlumat yayıb.
Hadisə Airbus A320 tipli təyyarədə baş verib. Təyyarə Ayova ştatının De-Moyn şəhərindən Çikaqoya uçmalı olub. Uçuş saatı səhər saat 11:26 olaraq təyin olunub, lakin sərnişinlər adi təhlükəsizlik təlimatı əvəzinə iki ekipaj üzvü arasında mübahisənin şahidi olublar. Bu mübahisə dava ilə nəticələnib.
Hava yolu şirkətinin meneceri münaqişəyə müdaxilə edərək bütün ekipajı uçuşdan çıxarmaq və yenisi ilə əvəzləmək qərarı verib. Saat 12:10-da sərnişinlərdən təyyarəni tərk etmələri istənilib li, vəziyyət nizama salınsın.
Bir neçə saatlıq gözləmə və təşkilati gecikmələrdən sonra təyyarə 15:24-də havaya qalxıb ki, bu da təxminən dörd saatlıq gecikmə deməkdir.
"United Airlines" rəsmiləri münaqişənin detalları ilə bağlı şərh verməkdən imtina ediblər, lakin təhlükəsizlik və ekipajın peşəkarlığının şirkət üçün prioritet olduğunu vurğulayıblar.
Sosial şəbəkələrdə sərnişinlər zarafatla yazıblar ki, “uçuş ona görə gecikdi ki, qəhvəni bölüşə bilmədilər”.
Hüseyn İbadlı
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO




























.png)

.jpg)





