Nida Xəbər
Birgə xüsusi təyinatlı qüvvələr təlimi başa çatdı - FOTO/VİDEO
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi bu gün sona çatıb.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə keçirilən təlimin bağlanış mərasimində əvvəlcə hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və BƏƏ-nin Dövlət himnləri səsləndirilib, Dövlət bayraqları qaldırılıb.
Mərasimdə çıxış edənlər Azərbaycan və BƏƏ-nin xüsusi təyinatlıları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, keçirilən birgə təlimin ölkələrin XTQ mənsubları arasında təcrübə mübadiləsi, döyüş hazırlığı səviyyəsinin artırılması və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb, hədiyyə mübadiləsi həyata keçirilib.
Mərasimin sonunda xatirə fotosu çəkdirilib.
-
Magazin121:55"Anamın başqa kişidən olan uşağına baxdım, atam isə..."
-
Dünya21:00Çin onları kosmosa göndərir - FOTO
-
Art19:48SSRİ Xalq artisti Yakub Əhmədov VƏFAT ETDİ - FOTO
-
Sosial19:24"Pulu kameranın altında say, sonra qaytar" - Yazıçının keçmiş xanımı belə aldadılıb
-
ABŞ19:00Stüardessalar arasında "QƏHVƏ SAVAŞI" - Təyyarə 4 saat ləngidi
-
Hadisə18:40Bağçada uşağı döyən dayə ilə bağlı QƏRAR VERİLDİ
-
Bilgi.az18:36Rauf Abdullayev xəstəxanaya yerləşdirildi - FOTO
-
Nida Xəbər 18:24Əli Əsədov yeni qərar imzaladı





























.jpg)




