ABŞ-ın bu bölgədəki hərəkətləri pisləndi
Bizi izləyin

Dünya

ABŞ-ın bu bölgədəki hərəkətləri pisləndi

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk ABŞ-ın Karib dənizi və Şərqi Sakit Okean hövzəsində narkotik qaçaqmalçılığı ilə bağlı şübhəli gəmilərə zərbələr endirməsini pisləyib.

Publika.az "Newsweek"ə istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Ravina Şamdasani bildirib.

O deyib ki, bu cür addımlar qəbuledilməzdir.

"Bu hücumlar qəbuledilməzdir. Birləşmiş Ştatlar bu cür hücumları dayandırmalı və bu gəmilərdə olan insanların məhkəməsiz edamlarının qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir", - deyə Şamdasani vurğulayıb.

Türk həmçinin bununla bağlı istintaq aparılmasını tələb edib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm