Toyda gəlinin anasının bu hərəkəti gündəm oldu: Qızının ətəyini qaldırıb... - VİDEO
Bizi izləyin

Dünya

Toyda gəlinin anasının bu hərəkəti gündəm oldu: Qızının ətəyini qaldırıb... - VİDEO

Sosial şəbəkələrdə yayılan toy görüntüsü qısa müddətdə izləyicilərin diqqətini çəkib. Türkiyədə baş tutan mərasim zamanı gəlinin anası qızını gəlinliklə yola salarkən kürəkəninə sərt xəbərdarlıq edib və davranışı ilə geniş müzakirələrə səbəb olub.

Publika.az Milli.az-a istinadən xəbər verir ki, ana qızına bir açar verərək kürəkəninə alkoqol və narkotik mövzularında ciddi xəbərdarlıq edib. O, bəyə səslənərək deyib:

"Qızıma gələcək hər hansı bir zərərdə dağı-daşı inlədirəm. Onu asan böyütmədim. Doğrusu ilə, yanlışı ilə həmişə onun yanındayam".

Daha sonra gəlinin ayaqqabısının içinə pul qoyan ana "Qızımın yol pulu ayağının altındadır" sözlərini səsləndirib.

Hadisə sosial mediada qısa zamanda minlərlə paylaşım toplayıb və izləyicilər tərəfindən geniş müzakirələrə səbəb olub. Şərhlərdə "Allah kürəkənin köməyi olsun", "görməmişlik edirlər", "bu qaynana 1 il ərzində onları boşadacaq" kimi müxtəlif reaksiyalar yazılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm