109 il sonra dənizdən tapılan tarix - FOTO
Bizi izləyin

Dünya

109 il sonra dənizdən tapılan tarix - FOTO

Birinci Dünya Müharibəsi zamanı Fransada cəbhəyə gedən iki Avstraliya əsgərinin dənizə atdıqları butulkanın içərisindəki məktublar 109 ildən sonra Avstraliyanın qərb sahillərində tapılıb.

Publika.az xəbər verir ki, şüşələrin içindəki məktubların 15 avqust 1916-cı ildə 27 yaşlı sıravi Malkolm Nevill və 37 yaşlı sıravi Uilyam Harli tərəfindən yazıldığı müəyyən edilib.

Əsgərlərin 12 avqust 1916-cı ildə Fransadakı Qərb Cəbhəsindəki 48-ci Avstraliya Piyada Batalyonuna dəstək vermək üçün HMAT A70 Ballarat gəmisində Adelaidadan yola düşdüyü bildirilir. Məlumata görə, Nevill bir il sonra müharibədə ölüb, Harli isə müharibədən sağ çıxıb, lakin 1934-cü ildə xərçəngdən ölüb.

Nevill anası Robertina Nevilə yazdığı məktubda “gözəl vaxt keçirdiklərini, yeməklərin əla olduğunu” bildirib. Harli isə məktubunda həmin vaxt Böyük Avstraliya körfəzində olduqlarını yazıb.

Harlinin nəvəsi Ann Turner məktubların tapılmasının ailəsini təəccübləndirdiyini söyləyib: "Bu, möcüzə kimidir. Bizə elə gəlir ki, babamız məzarından bizə əl uzadır".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm