Avropa Liqasının qalibi 27 yaşında karyerasını bitirdi: Başa düşdüm ki…
Bizi izləyin

İdman

Avropa Liqasının qalibi 27 yaşında karyerasını bitirdi: Başa düşdüm ki…

“Tottenhem” keçmiş qapıçısı Alfi Uaytmen 27 yaşında karyerasını başa vurub.

Publika.az xəbər verir ki, London klubun öz yetirməsi olan Uaytmen, Anqe Postekoqlunun rəhbərliyi altında 2024/25 mövsümündə Avropa Liqasını qazanan komandada yer alıb. Lakin o, uzun illər klubuna sadiq qalsa da, əsas heyətdə möhkəmlənə bilməyib.

Uaytmen mövsümün sonunda “Tottenhem”dən ayrıldıqdan sonra karyerasını başqa klubda davam etdirməyi planlaşdırırıb. Lakin nəticədə futboldan getmək qərarına gəlib və indi fotoqrafiya sahəsində fəaliyyət göstərir.

Alfinin sözlərinə görə, o, peşəkar futbolçu olduğu illərdə xoşbəxt olmayıb:

“Mahmızlar”la ilk müqaviləni 10 yaşımda imzaladım. 16 yaşımda məktəbi bitirib tam futbol həyatına girdim. Təxminən 17–18 yaşımda içimdə bir hiss yarandı – elə bu qədər? Mikroavtobusa minib məşqə gedirsən, idman ixtisası üzrə BTEC dərəcəsi alırsan, evə qayıdıb videooyun oynayırsan. Tez başa düşdüm ki, xoşbəxt deyiləm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm