MDB
Rusiya bu ölkəyə kəskin etirazını bildirdi
Rusiya Yaponiyanın Moskvadakı səfirliyinə kəskin etirazını bildirib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.
Etiraz oktyabrın 20-dən 31-dək keçirilən və öz sərhədi yaxınlığında yerləşən Hokkaydo adası da daxil olmaqla, bütün Yaponiyanı əhatə edən geniş miqyaslı "Joint Exercise 2025" hərbi təlimləri ilə bağlı olub. Nazirlik bu cür hərbi fəaliyyətin ölkənin Uzaq Şərq sərhədlərinin təhlükəsizliyinə potensial təhdid yaratdığını qeyd edib.
Moskva xüsusən Yaponiyanın İvakuni bazasında orta və qısa mənzilli raketlərin buraxılması üçün nəzərdə tutulmuş "Tayfun" raket sistemi batareyasının yerləşdirilməsi ilə bağlı narahatlığını ifadə edib.
Qeyd edək ki, kompleks sentyabrın 11-dən 25-dək keçirilmiş "Resolute Dragon 25" birgə Yaponiya-ABŞ təlimləri başa çatdıqdan sonra bazada saxlanılmışdı.
Rusiya öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görmək hüququnu özündə saxladığını vurğulayıb.
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi




































