Sosial
Leyla Əliyeva Yaradıcılıq Mərkəzində ağacı əkdi - Fotolar
Oktyabrın 31-də “Bakıya Uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsinin daha bir tədbiri - “Püstə: canlı irs” təqdimatı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində keçirilib.
Publika.az xəbər verir ki, əvvəlcə Maqsud İbrahimbəyovun “Püstə ağacı” hekayəsi əsasında hazırlanan monotamaşa təqdim edilib.
Oxucunu duyğular, xatirələr və nostalji dünyasına aparan əsərin mərkəzində keçmişlə bu gün arasındakı ayrılmaz bağlılığın rəmzinə çevrilən püstə ağacı dayanır.
Maqsud İbrahimbəyovun ən təsirli əsərlərindən biri olan bu hekayədə hadisələr bir uşağın gözü ilə nəql olunur. Bu monotamaşada müharibə illərindəki uşaqlığını xatırlayan artıq böyümüş oğlan obrazını isə Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynov canlandırıb.
Tamaşaçılar onunla birlikdə mərkəzində iri bir püstə ağacı bitən kiçik Bakı həyətinə səyahət ediblər.
Sonra "Azərxalça” ASC-nin toxuduğu triptix – üç xalçadan ibarət əsər təqdim olunub.
Qeyd edək ki, bu mərasim suya, həyata və təbiətə qayğının rəmzi kimi təcəssüm olunur. Püstə - keçmişlə gələcəyin, sənətlə ekologiyanın, insanla torpağın vəhdəti kimi qələmə verilir.
Daha sonra IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri İçərişəhərdə təşkil olunmuş Zeytun Festivalını ziyarət edib. Ölkəmizin ayrı-ayrı bölgələrindən gətirilən zeytun və zeytun məhsulları ilə tanış olub. Festivala gələn şəhərimizin qonaqları və turistlərlə səmimi söhbət atmosferində keçən ziyarətdə xatirə şəkilləri də çəkilib.
-
Dünya02:43Qoşunlar hazır vəziyyətə gətirildi - Hücum başlayır?
-
İdman02:19Yamal Pikeyə belə acıq verdi
-
Region00:15İstanbulda partlayış oldu - Xəsarət alanlar var
-
ABŞ31 Oktyabr 21:59Pentaqon təsdiqlədi - Ukraynaya "Tomahawk" raketləri göndəriləcək
-
Magazin231 Oktyabr 19:35Türkiyəli məşhur müğənni infarkt keçirdi
-
Kriminal31 Oktyabr 19:03Sabiq icra başçısı həbs olundu - Bu cinayətlərdə ittiham olunur
-
Sosial31 Oktyabr 18:53Vüqar Məmmədov həbs edildi
-
Nida Xəbər 31 Oktyabr 17:45Zakir Həsənova medal verildi
























.jpg)



.jpg)


.jpg)
















.jpg)





.jpg)