ABŞ-ın nüvə zərbələrinin qurbanları Trampa etiraz etdi
Bizi izləyin

Dünya

ABŞ-ın nüvə zərbələrinin qurbanları Trampa etiraz etdi

ABŞ-ın nüvə zərbələrindən sağ çıxan yaponlar Birləşmiş Ştatlar prezidenti Donald Trampın "nüvə silahı sınaqlarını bərpa" qərarına etiraz ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.

Qeyd olunur ki, "Nihon Hidankyo" qeyri-hökumət təşkilatı ABŞ-ın Yaponiyadakı səfirliyinə etiraz məktubu göndərib.

Səfirlik Trampın qərarının dünya ölkələrinin nüvə silahı olmayan dünya qurmaq səylərinə zidd və tamamilə qəbuledilməz olduğunu vurğulayıb.

Bundan əlavə, nüvə silahından zərər çəkmiş Naqasaki şəhərinin meri Siro Sudzuki ABŞ prezidentinin sərəncamını pisləyib.

Onun sözlərinə görə, bu, nüvə silahı olmayan bir dünya üçün qan və göz yaşı tökən insanların səylərini tapdalayır.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm