Dünya
Putin və Trampın nüvə müzakirəsi: Təhdidlər mübadiləsi davam edir
ABŞ prezidenti Donald Tramp dünən Müdafiə Nazirliyinə digər ölkələrlə “bərabər əsasda” nüvə silahı sınaqlarına başlamaq barədə göstəriş verib.
Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial media platformasında məlumat verib.
“Böyük dağıdıcı gücə görə mən nüvə silahı ilə məşğul olanda bunu etmək istəmirdim, amma həqiqətən seçimim yox idi”, - deyə o yazıb.
Tramp aydınlıq gətirib ki, Birləşmiş Ştatlar iddia edilən hər hansı digər ölkədən daha çox nüvə silahına malikdir. Amerika lideri iddia edir ki, buna onun birinci prezidentlik dövründə nail olunub.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha əvvəl fevralda başa çatacaq Strateji Silahların Azaldılması Müqaviləsi müddətinin uzadılmasını təklif etsə də, Vaşinqton buna cavab verməmişdi.
Noyabrın 5-də Vladimir Putin Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, kəşfiyyat xidmətləri və müvafiq mülki qurumlara “nüvə silahı sınaqlarına hazırlıq üzrə işlərin mümkün başlanması ilə bağlı razılaşdırılmış təkliflər təqdim etməyi” tapşırıb.
Eyni zamanda, Putin Donald Trampın ABŞ-ın nüvə sınaqlarını bərpa etməsi ilə bağlı açıqlamalarını ciddi sual adlandırıb.
Adəm
-
Avropa07:47Milyarder bu niversitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək


































