ABŞ
Tramp İrana qarşı əməliyyatın başa çatması üçün SON TARİXİ AÇIQLADI
ABŞ-ın İrana qarşı hərbi əməliyyatı iki-üç həftə ərzində başa çatdırılacaq.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı ABŞ Prezidenti Donald Tramp bəyanat verib.
"Düşünürəm ki, biz iki-üç həftə ərzində çıxacağıq, çünki bu işlə məşğul olmağımız üçün bir səbəb yoxdur", - deyə Amerika lideri İslam Respublikasına qarşı hərbi əməliyyatdan danışarkən bildirib.
Martın 30-da Ağ Evin mətbuat katibi Kerolayn Levitt Trampın aprelin 6-na qədər İranla sövdələşmə bağlamaq istədiyini qeyd etmişdi.
Martın 29-da "The Washington Post" qəzeti mənbələrə istinadla yazıb ki, ABŞ İranda müddəti bir neçə həftədən bir neçə aya qədər çəkə biləcək quru əməliyyatına hazırlaşır.
Xatırlaqdaq ki, fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. İslam Respublikasının bir çox şəhərləri, o cümlədən paytaxt hücuma məruz qalıb. Zərbələrdən biri ali rəhbər Əli Xameneinin iqamətgahına endirilib və o, həlak olub. Cavab olaraq İran İsrailə, ABŞ-ın hərbi bazalarına və Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Hüseyn İbadlı
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi




































.jpg)
