İdman
Gürcüstan millisində görünməmiş fırıldaq
Gürcüstanın reqbi millisinin altı oyunçusu və bir işçisi dopinq nümunələrinin dəyişdirilməsində iştirak edib.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) mətbuat açıqlamasında deyilir:
“WADA Gürcüstan Antidopinq Agentliyinə (GADA) etimadı itirib. WADA və Dünya Reqbisi tərəfindən aparılan genişmiqyaslı birgə araşdırma nəticəsində nümunə mübadiləsi ilə bağlı beş hal aşkar edilib. Bundan əlavə, GADA-nın Gürcüstan milli komandasının oyunçularını planlaşdırılan testlər barədə xəbərdar etdiyi və test prosesinə lazımi nəzarət etmədiyi müəyyən edilib.
Araşdırmanın nəticələri zəruri tədbirlər görülməsi üçün Gürcüstan hökumətinə təqdim edilib.
Gürcüstan reqbisində baş verənlər çox qəribədir və Gürcüstan idmanına, hökumətinə, eləcə də dünya miqyasında reqbiyə şok dalğası yaradacaq”, – WADA prezidenti Vitold Banka bildirib.
WADA rəsmiləri həmçinin digər idman növlərində iştirak edən gürcü idmançılarından götürülmüş nümunələri də nəzarətə götürüblər.
-
Sosial16:44“Space”in yeni baş direktoru o oldu
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatı AÇIQLANDI




























.png)


.jpg)



