Dünya
Nağd pul tarix olur: Bu ölkə tam rəqəmsal ödənişə keçir
İsveç sürətlə nağd pulu rəqəmsal ödənişlərlə əvəz edən ilk ölkəyə çevrilir. Hazırda ölkədə ödənişlərin cəmi 1 faizi nağd şəkildə aparılır, qalan hissə isə mobil tətbiqlər və təmassız kartlar vasitəsilə həyata keçirilir.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, paytaxt Stokholmda “Swish” mobil tətbiqi ən çox istifadə olunan ödəniş vasitəsinə çevrilib.
Artıq sakinlər gündəlik alış-veriş və xidmətlər üçün tamamilə rəqəmsal ödənişlərə üstünlük verirlər. Bir çox kafe, mağaza və ictimai nəqliyyat müəssisələri isə yalnız kart və mobil ödənişləri qəbul edir.
İsveç Mərkəzi Bankının məlumatına görə, ölkədəki əksər bank filialları nağd pul çıxarışı və depozit qəbulunu dayandırıb. Hətta bəzi filiallar kassa aparatlarını tamamilə ləğv edib.
Bununla yanaşı, Norveç, Finlandiya, Danimarka, Cənubi Koreya və Çin də rəqəmsal ödəniş sistemlərini sürətlə genişləndirir. Cənubi Koreya hökuməti 2030-cu ilə qədər tamamilə rəqəmsal ödəniş modelinə keçməyi planlaşdırır.
Roza
-
Magazin206:16Qızı ilə birlikdə dekolteli çimərlik geyimində poza verdi - FOTO
-
Dəb05:45Payız mövsümü üçün ən yaxşı cins modelləri - Bu rənglər trend olacaq
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR































