Dünya
ABŞ-dan Bosniya qırğını ilə bağlı xəbərdarlıq: "Qətl turizmi" araşdırılacaq
ABŞ-da Bosniya müharibəsi zamanı “qətl turizmi” iddiaları ilə bağlı araşdırma başladılıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Anna Polina Luna "X" hesabında açıqlama verib.
O bildirib ki, mülki şəxsləri, xüsusilə uşaqları vurmaq üçün pul ödəyənlər arasında amerikalıların olub-olmadığı müəyyənləşdirilir.
Onun sözlərinə görə, məsələ ilə bağlı Bosniya və Herseqovina konsulluğu və İtaliya səfirliyi ilə əlaqə saxlanılıb.
Siyasətçi qeyd edib ki, mülki insanların qətlə yetirilməsində iştirak edən hər bir ABŞ vətəndaşı cinayət məsuliyyətinə cəlb olunmalıdır.
İtaliyada da Sarayevo mühasirəsi zamanı serb snayperlərinə “əyləncə məqsədilə” pul ödəməkdə və mülki əhaliyə atəş açmaqda ittiham olunan bir qrup italyan barədə istintaq başladılıb.
Qeyd edək ki, 1992-1995-ci illər Bosniya müharibəsində Sarayevonun Serb qoşunları tərəfindən 3,5 illik mühasirəsi zamanı 1601 uşaq da daxil olmaqla 11 541 mülki şəxs həlak olub.
Roza
-
Magazin102:42"Ən yaxşı cütlüy"ün NADİR FOTOLARI
-
Sosial02:12Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub" - VİDEO
-
Səhiyyə00:306 aylıq körpəni saatlarla gözlətdilər - “Leyla Medical”a ağır ittiham
-
Magazin100:15Həmidə Ömərova ilk dəfə nəvəsinin FOTOSUNU PAYLAŞDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni planlar sizi həyəcanlandıra bilər
-
Magazin213 Dekabr 22:40Azərbaycan Ermənistana 3 xal verdi, onlar isə...
-
MDB13 Dekabr 22:12Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT - Sabirabadlı avtoritet saxlanıldı
-
Magazin113 Dekabr 21:24Səsləri onların qızı elan edəcək - FOTO






























