Sosial
Bakının 537 küçəsi yuyuldu
Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyətinin tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə "Novruz bayramını təmiz şəhərlə qarşılayaq" devizi ilə təmizliklə bağlı bu gün genişmiqyaslı ümumçəhər iməciliyi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səhər saatlarından etibarən icra hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 537 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulması təmin edilib, eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməcilikdə yaxından iştirak ediblər.
Paytaxtın bütün rayonlarını əhatə edən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə, Novruz Bayramını təmiz şəhərdə, xoş əhval-ruhiyyə ilə qarşılanmasına töhfədir.
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi



































.jpg)



