Dünya
Daha bir ölkədə şaxta çökdü - 50-yə yaxın ölən var
Konqo Demokratik Respublikasının cənubunda qeyri-qanuni mədənçilərin işlədiyi mis mədəninin bir hissəsi çöküb.
Publika.az xəbər verir ki, bu barədə RFI radiosu məlumat yayıb.
Lualaba əyalətinin qubernatoru Fifi Massukinin sözlərinə görə, hadisə nəticəsində azı 32 nəfər ölüb. O əlavə edib ki, axtarış-xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayı arta bilər.
Mədənçilər Assosiasiyası öz növbəsində müxtəlif rəqəmlərə istinad edərək 49 nəfərin öldüyünü və onlarla insanın itkin düşdüyünü bildirir.
Səlahiyyətlilər hadisəni leysan yağışların səbəb olduğu torpaq sürüşməsi ilə əlaqələndirib. Bununla belə, RFI fərqli bir nəzəriyyə bildirir. Radiostansiyanın məlumatına görə, mədəndə sənaye meydançasının silahlı mühafizəçiləri ilə mədənçilər arasında münaqişə baş verə bilər. İşçiləri dağıtmaq cəhdi zamanı mühafizəçilər atəş açıb.
Hüseun İbadlı
-
Sosial16:44“Space”in yeni baş direktoru o oldu
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatı AÇIQLANDI



























.png)


.jpg)



