Dünya
Kremlin şok planı açıqlandı: Bütün ukraynalıları Sibirə sürgün edəcək
Ukraynanın Xüsusi Əməliyyat Qüvvələrinə bağlı Milli Müqavimət Mərkəzi (CNR) Kremlin işğal etdiyi Xerson, Zaporojye, Donetsk və Luqansk bölgələrində yaşayan ukraynalıları Sibirə köçürərək regionun yenidən qurulmasını onların vasitəsilə həyata keçirməyi planlaşdırdığını iddia edib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
İddiaya görə, Rusiya Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Sergey Şoyqu yaxın günlərdə “700 milyard dollarlıq investisiya” və yeni “sənaye klasterləri”ni əhatə edən genişmiqyaslı “Sibir İnkişaf Proqramı”nı təqdim edib.
Qeyd olunub ki, gənc əhalinin bölgəni tərk etməsi və səfərbərlik nəticəsində Sibir işçi qüvvəsi baxımından “tənəzzül” yaşayır. Bu səbəbdən Moskvanın həmin çatışmazlığı işğal altında olan ərazilərdəki ukraynalılar hesabına doldurmaq niyyətində olduğu bildirilir.
İddialara görə, Kremlin göstərişi ilə məktəblər, xəstəxanalar və digər dövlət qurumlarına “ailə öhdəliyi olmayan, uzunmüddətli ezamiyyətə göndərilə biləcək əməkdaşların” siyahısının hazırlanması tapşırılıb. Məqsədin həm işğal altındakı bölgələrin demoqrafik strukturunu dəyişmək, həm də Sibirdə işçi qüvvəsi yaratmaq olduğu vurğulanır.
Roza
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...



































