Dünya
Türkmənlərin lideri vəfat etdi - FOTO
Vətəndaş müharibəsi zamanı türkmənləri birləşdirən Suriya Türkmən Cəbhəsinin qurucu lideri Samir Hafiz müalicə aldığı xəstəxanada vəfat edib.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 77 yaşlı Hafiz dünən Fatih məscidində qılınan cənazə namazından sonra Ədirnəqapıda dəfn edilib.
Suriyanın Latakiya şəhərində türkmən ailəsində anadan olan Samir Hafiz, gənc yaşlarından Suriyadakı türkmən icmasının siyasi və sosial hüquqlarının müdafiəsini həyatının mərkəzinə qoyub.
O, vətəndaş müharibəsi dövründə türkmənlərin dağınıq quruluşunu birləşdirmək üçün 2012 və 2013-cü illərdə İstanbul və Ankarada keçirilən görüşlərə rəhbərlik edib, həmçinin Suriya Türkmən Məclisinin ilk prezidenti seçilib.
Roza
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı

































