Dünya
Kiprdə ilk görüş: Bu məsələlər müzakirə olunub
Xəbər verdiyimiz kimi, dünən Şimali Kipr Türk Respublikasının prezidenti Tufan Ərhürman və Kipr Rum Administrasiyasının lideri Nikos Xristodulides arasında ilk görüş baş tutub.
Publika.az xəbər verir ki, ikili görüşdən sonra mətbuat konfransında çıxış ediblər.
Ərhürman çıxışında təxminən bir saat yarım davam edən görüşün müsbət və səmimi olduğunu söyləyib. O, "Kipr problemi"nin həllinə kömək etmək üçün 10 maddəlik təkliflərini təqdim edib. Bu təkliflərə Aİ Uyğunlaşdırma Komitəsinin işini bərpa etməsi üçün yol açmaq, iki tərəfin təhlükəsizlik qüvvələri arasında rabitə kanalının yaradılması və İtkin düşmüş Şəxslər Komitəsinin işi çərçivəsində iki liderin birgə səfəri daxildir.
Xristodulidis də bu görüşü müsbət qiymətləndirib: “Danışıqları bərpa etməyi hədəfləyən bir prosesə başlamağımız müsbət bir inkişafdır. Daha geniş müzakirənin mümkünlüyü vacibdir və fikrimcə, bu, nəhayət əsas məqamlara çatmağın vacibliyini təsdiqləyir".
Ərhürman qeyd edib ki, BMT Baş katibinin Kipr üzrə şəxsi nümayəndəsi Maria Angela Holquin Cuellar 5 dekabrda onunla, 6 dekabrda isə Xristodulideslə görüşəcək. Daha sonra isə üçtərəfli görüş baş tutacaq.
Roza
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə



































