Dünya
Fələstində kritik görüş: Toni Bleyr Qərb Şəriyədə
Fələstinin vitse-prezidenti Hüseyn əl-Şeyx Ramallahdakı ofisində Britaniyanın keçmiş baş naziri Toni Bleyr ilə görüşüb.
Publika.az xəbər verir ki, əl-Şeyx bu barədə "X" hesabında bəyanat yayıb.
O, Bleyr və adı açıqlanmayan ABŞ hökumət rəsmisi ilə Qəzzadakı müharibəyə son qoymaq üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsindən sonra baş verən prosesi müzakirə etdiklərini bildirib.
Şeyx həmçinin Qəzza və Qərb Şəriyə ilə bağlı mövzuların, fələstinlilərin öz müqəddəratını təyin etmək hüququ və dövlət qurmaq məqsədləri üçün zəruri şərtlərin müzakirə olunduğunu qeyd edib.
Görüşdə Fələstin Baş Kəşfiyyat İdarəsinin rəisi general Məcid Fərəc, prezidentin diplomatik müşaviri Məcdi əl-Xalidi və prezidentin sözçüsü Nəbil Əbu Rudeyneh də iştirak edib.
Şeyx atəşkəsin qorunmasında, humanitar yardım axınının təmin edilməsində və yenidənqurma prosesində göstərdikləri dəstəyə görə ABŞ prezidenti Donald Trampa, eləcə də Misir, Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ, İndoneziya, Pakistan və Avropa İttifaqına (Aİ) təşəkkür edib.
Roza
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf













.jpg)



















