Dünya
Pakistanda terror hücumu: 3 polis öldürüldü
Pakistanın Xayber Paxtunxva əyalətində yerləşən Hanqu rayonunda polis məntəqəsinə edilən terror hücumu nəticəsində üç polis əməkdaşı həlak olub.
Publika.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Bildirilib ki, terrorçuların polis məntəqəsinə hücumu zamanı təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında təxminən iki saat davam edən şiddətli atışma baş verib. Atışma nəticəsində üç polis əməkdaşı həyatını itirib.
Qeyd olunur ki, Pakistanda silahlı hücumlar əsasən Əfqanıstanla sərhəddə yerləşən Xayber Paxtunxva və Bəlucistan əyalətlərində daha çox qeydə alınır. Hər iki bölgədə puştun və bəluc etnik qruplarının hüquqlarını müdafiə etdiklərini iddia edən silahlı qruplar mütəmadi olaraq təhlükəsizlik qüvvələrinə və mülki vətəndaşlara hücumlar təşkil edir.
Roza
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ






























