Dünya
Rusiya bu ölkədəki konsulluğunu bağlayır
Rusiya İrkutsk şəhərindəki Polşa Konsulluğunu bağlayacaq.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Polşanın Moskvadakı səfiri Kşiştof Krayevski XİN-ə çağırılıb və ona İrkutsk Konsulluğunun fəaliyyət icazəsinin ləğvi barədə nota verilib.
Qərarın ötən həftə Polşanın Qdansk şəhərindəki Rusiya konsulluğunun bağlanmasına cavab olaraq verildiyi qeyd olunub:
"Polşadakı Rusiya konsulluğunun gülünc bir bəhanə ilə bağlanması Polşa hakimiyyəti tərəfindən açıq şəkildə düşmənçilik və əsassız bir addımdır. Buna cavab olaraq bu addımı atırıq".
Qeyd edək ki, ötən həftə Polşanın xarici işlər naziri Radoslav Sikorski Polşada dəmir yolu xətlərində təxribat törədən iki Ukrayna vətəndaşının Rusiya adından hərəkət etdiyini bildirərək, Qdanskdakı Rusiya konsulluğunun bağlandığını açıqlamışdı.
Roza
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf













.jpg)



















