Dünya
Trampdan geri addım: Si Cinpinə məlumat verdi ki...
ABŞ Prezidenti Donald Tramp bəzi yüksək texnologiyalı çiplərin Çin də daxil olmaqla xarici ölkələrə satışına şərti olaraq icazə verəcək.
Publika.az xəbər verir ki, Tramp bu barədə "Truth" sosial media platformasında paylaşım edib.
O, bəzi "Nvidia" çiplərinin ixracına şərti olaraq icazə veriləcəyini bildirib: "Çin Prezidenti Si Cinpinə məlumat verdim ki, ABŞ milli təhlükəsizliyi təmin edən şərtlər altında bu çipləri Çində və digər ölkələrdə təsdiqlənmiş müştərilərə göndərməsinə icazə verəcək. Si bunu alqışladı. Buradan əldə edilən gəlirin 25 faizi ABŞ-a ödəniləcək. Bu siyasət Amerika iş yerlərini dəstəkləyəcək, istehsalı gücləndirəcək və vergi ödəyicilərinə fayda verəcək".
Tramp ABŞ-ın milli təhlükəsizliyini qorumağa davam edəcəklərini vurğulayıb: "Amerikanın iş potensialını artıracaq və süni intellekt sahəsində liderliyini qoruyub saxlayacağıq. Ticarət Nazirliyi detalları dəqiqləşdirir və eyni yanaşma AMD, "Intel" və digər böyük ABŞ şirkətlərinə də tətbiq olunacaq".
Roza
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq

































