Dünya
Orban Aİ-ni tənqid etdi: Bu "axmaq qaydalara" əməl etməyəcəyik
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) miqrant siyasəti ilə bağlı sərt açıqlama verib.
Publika.az xəbər verir ki, o bu barədə "X" hesabında bəyanat yayıb.
"Birdəfəlik aydınlaşdırmaq istəyirəm ki, Macarıstanın milli hökuməti olduğu müddətcə biz bu hədsiz qərarı həyata keçirməyəcəyik. Aİ-nin yeni miqrasiya paktı Macarıstana qarşı absurd və ədalətsiz bir hücumdur. Brüssel və Budapeşt arasında getdikcə daha çox mübahisəli məsələlər ortaya çıxır. İndi maneə Ukrayna məsələsi deyil. Budapeşt hər bir miqrant üçün Avropa Komissiyasına cərimə ödəməyə razıdır, lakin artıq Aİ tərəfindən tətbiq edilən "axmaq qaydalara" əməl etməyəcək", - deyə Orban vurğulayıb.
Baş nazir bildirib ki, Brüsselin qərarı iyul ayından etibarən miqrantları qəbul etməyi və ya onlara pul ödəməyi tələb edir.
Qeyd edək ki, Aİ ədliyyə və daxili işlər nazirləri Brüsseldə keçirilən görüşdə immiqrasiya qaydalarını sərtləşdirən tədbirlər paketini təsdiqləyiblər.
Roza
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
















.jpg)


















