Dünya
Sülh olmayacaq: Zelenski "torpaq verilməyəcək" dedi
Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə son qoymaq üçün Kiyevə qəbul etdirməyə çalışdığı sülh planını rədd edib.
Publika.az xəbər verir ki, Zelenski bu barədə Mayamidə ABŞ və Londonda Avropa liderləri ilə görüşlərdən sonra danışıb.
O, Ukraynanın ərazi itkisinə səbəb olacaq heç bir planı qəbul edə bilməyəcəyini bildirib.
“ABŞ administrasiyasına kompromisə getmək səylərinə görə təşəkkür edirik. Lakin Trampın sülh planında əvvəlcə 28 bənd kimi təklif edilən və nəticədə 20 bəndə endirilən ən həssas məsələ olan ərazi məsələsi hələ də həll olunmayıb.
Rusiyaya ərazi verməyimizi nəzərdə tutan bəndə əlavə olaraq, ABŞ-ın Ukraynaya verəcəyi təhlükəsizlik zəmanətləri də konkretləşdirilməyib. Rusiyanın Ukraynaya yenidən hücum etməyəcəyini təmin edəcək ABŞ təhlükəsizlik zəmanətinin yalnız ABŞ prezidenti tərəfindən imzalanmaqla deyil, ABŞ Konqresi tərəfindən qanuna çevrilməsini gözləyirik”, - Ukrayna lideri qeyd edib.
Roza
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü














.jpg)



















