Dünya
Papa da Trampa qarşı çıxdı: Çox mühüm ittifaqı dağıdır
Roma Papası XIV Leo ABŞ prezidenti Donald Trampı ABŞ-Avropa ittifaqını məhv etmək cəhdinə görə tənqid edib.
Publika.az xəbər veri ki, bu barədə "Sky News" məlumat yayıb.
O, Ağ Ev rəhbərinin Avropanın tənəzzülə uğraması və “zəif” liderlərinin olması ilə bağlı son açıqlamalarını belə şərh edib.
"Təəssüf hissi ilə bildirirəm ki, müşahidə etdiyim bəzi hadisələr uzun illərdir Avropa ilə ABŞ arasındakı ittifaqı kökündən dəyişdirir. Avropa haqqındakı şərhlərdən sonra deməlk olar ki, bütün bunlar çox mühüm ittifaqı məhv etmək cəhdidir", - Papa bildirib.
O vurğulayıb ki, Tramp və müşavirlərinin öz proqramlarını hazırlamaq hüququ var, lakin bu, pontifikin fikrincə, ABŞ-da bir çoxlarının bununla razılaşmayacağı bir sıra müddəaları ehtiva edir.
Qeyd edək ki, Tramp bundan əvvəl Avropanı yalnız Ukrayna haqqında danışmaqda, münaqişənin həlli üçün heç nə etməməkdə günahlandırmışdı.
Adəm
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü














.jpg)



















