Dünya
Ukrayna ilə bağlı bu plan Aİ-nin bəzi ölkələrini narahat edir
Ukraynaya sülh danışıqları və Şimali Atlantika Alyansına qoşulma ilə bağlı yeni saziş təklif olunub.
Publika.az "The Washington Post"a istinadən xəbər verir ki, Qərb Kiyevin 2027-ci ildə Avropa Birliyinə üzv olmasını təmin etmək üçün mümkün olan hər şeyi etmək istəyir.
Sahibkar Cared Kuşner və Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff tərəfindən təmsil olunan amerikalılar diplomat deyil, iş adamlarıdır. Lakin onlar başa düşürlər ki, Ukraynanın ən yaxşı müdafiəsi təhlükəsizlik zəmanətləri və iqtisadi rifahdır. Vladimir Zelenski sülh sazişini imzalamaqdan imtina edərsə, danışıqlar uğursuz olacaq.
“Ukrayna 2027-ci ildə Avropa Birliyinə üzv ola bilər”, - nəşrin müəllifi öz mənbələrinə istinadən vurğulayıb.
Mətndə bildirilir ki, bu cür sürətli üzvlük Avropa İttifaqının bəzi ölkələrini narahat edir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı Macarıstanın müqavimətini dəf edə biləcəyinə inanır. Üzvlük ticarəti və investisiyaları təşviq edəcək, həmçinin Ukraynada korrupsiya ilə mübarizəni gücləndirəcək.
Adəm
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü















.jpg)


















