Dünya
ABŞ-dan qəribə viza qərarı: Turistlərdən bu məlumatlar tələb olunacaq
ABŞ vizadan imtina proqramına daxil edilən 42 ölkədən olan turistlərin son beş ilə qədər olan sosial media məlumatlarını araşdırmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Bildirilib ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi vizadan imtina proqramına daxil edilən ölkələrdən olan turistlər üçün yeni tədbirlər tətbiq edəcək.
Belə ki, 42 ölkədən olan vətəndaşların rəqəmsal səyahət icazəsi olduğu müddətcə ABŞ-da vizasız 90 günə qədər qalmasına imkan verən yeni plan, müraciət edənlərdən tələb olunan məlumatların əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.
Plan təsdiqlənərsə, potensial ziyarətçilərdən son 5 ildəki sosial media məlumatlarını, eləcə də son 10 ildəki elektron poçt ünvanlarını və ailə üzvlərinin adları, doğum tarixləri və yaşayış yerləri kimi məlumatları təqdim etmələri istənəcək.
Mövcud sistemə əsasən, vizasız ölkələrdən müraciət edənlər əlaqə məlumatlarını təqdim etməklə 40 dollar müqabilində rəqəmsal səyahət icazəsi proqramına qeydiyyatdan keçirlər və onların icazəsi iki il müddətində etibarlıdır.
Roza
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə




































