Dünya
HƏMAS tərksilah üçün şərtlərini açıqladı
HƏMAS silahlarını təslim etmək üçün şərtlərini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat yayıb.
Qəzetə danışan HƏMAS rəsmisinin sözlərinə görə, silahları təslim etmək məsələsi "məcburiyyət və ya ultimatumlarla" baş verməyəcək.
"Silahları təslim etmək məsələsi siyasi problemlə bağlıdır və buna görə də siyasi həll yolu tələb edirik. HƏMAS 1967-ci il sərhədləri əsasında müstəqil Fələstin dövlətinin qurulmasına gətirib çıxaracaq danışıqlar başlasa, silahlarını yerə qoymağa hazırdır", - o qeyd edib.
Onun fikrincə, Beynəlxalq Sabitləşdirmə Qüvvələri (ISF) İsrail ordusu ilə Qəzzada Fələstin xalqı arasında “bufer zonası” yaratmalı və münaqişənin qarşısını almaq üçün təhlükəsizlik divarı kimi çıxış etməlidir. Bundan əlavə, HƏMAS tərksilah müqabilində İsrail ordusunun Qəzzadan tamamilə çıxarılmasını tələb edir.
Roza
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə




































