Dünya
Tramp Zelenskidən görün nə tələb edir: Milad bayramına qədər vaxt verib
ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında artan gərginlik fonunda Ukraynada sülhün perspektivlərinin ətrafını “duman” alıb.
Publika.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb.
“Tramp və Zelenski arasında gərginliyin artması fonunda Rusiya və Ukrayna arasında müharibəyə son qoyan sürətli "sülh sazişi"nin perspektivləri zəif görünür”, - nəşr yazıb.
Məqalədə qeyd edilir ki, Tramp son günlər Zelenskini dəfələrlə tənqid edərək, ukraynalı həmkarının hərəkətlərindən narazılığını ifadə edib və müqaviləni qəbul etməsi üçün ona təzyiqləri artırıb.
Donald Tramp administrasiyası Ukraynanın Vaşinqtonun təklif etdiyi sülh planına tez cavab verməsinə çalışır.
Mətbuat yazır ki, ABŞ prezidenti Milad bayramına qədər razılığa gəlmək istəyir və Vladimir Zelenskiyə cavab vermək üçün bir neçə gün vaxt verib. Bununla belə, Avropa rəsmiləri hesab edirlər ki, əsas məsələlər üzrə fikir ayrılıqlarını həll etmək həftələr və ya aylar çəkə bilər.
Adəm
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə





































